Əsas Səhifə > Gənclər > Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi "Qonağımız var" layihəsinə start verib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi "Qonağımız var" layihəsinə start verib


28-05-2021, 22:30


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi "Qonağımız var" layihəsinə start verib. 

Layihə çərçivəsində "Cümhuriyyət ənənələrimiz” mövzusunda Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı ilə gənclərin onlayn görüşü təşkil olunub.

Musa Qasımlı görüşdə bildirib ki, cümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyıb. Müsəlman dünyasına Respublika məfhumunu və məfkurəsini məhz Azərbaycan xalqı gətirib. 

Cümhuriyyət dövrü və respublika ənənələri barədə ətraflı çıxış edən Musa Qasımlı sonda gənclərin suallarını cavablandırıb. 



 

GOYEZEN.AZ


Geri qayıt