• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında tələbə adını qazanmış gənclərlə görüş keçirilib


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Qazax filialında tələbə adını qazanmış gənclərlə görüş təşkil olunub.

Filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov tədbiri giriş sözü ilə açaraq tələbə adını qazanmış gəncləri bir daha təbrik edib, yeni tədris ilində uğurlar arzulayıb. Yeni tələbə adını qazanmış gənclərlə görüşün təşkil olunması təşəbbüsünü təqdirəlayiq hesab etdiyini vurğulayıb və yüksək qiymətləndirib.

 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov tələbələri salamlayıb, onları yeni tələbə adını qazanmaları münasibətilə təbrik edib. Azərbaycan Respublikasının Gənclər Fondu, eləcə də, Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti barədə geniş nitq söyləyib. İ.Süleymanov eyni zamanda bildirib ki, Mərkəz bu il Bakı Dövlət Universitetinin 100 illik yubileyi çərçivəsində silsilə tədbirlər keçirməyi planlaşdırır.

Görüşdə bu il qəbul imtahanlarında Bakı Dövlət Universitetinin Qazax filialına ən yüksək balla qəbul olunmuş tələbələr - Nailə Qasımova və Mədinə Mustafayeva da çıxış ediblər.

Yekunda hər iki tələbə Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, Nailə Qasımova 558 balla filialın "Riyaziyyat-İnformatika" fakültəsinə, Mədinə Mustafayeva isə 553 balla "Tarix müəllimliyi" fakültəsinə daxil olub.



 

GOYEZEN.AZ



Facebook-da paylaş