Tələbə şəhərciyi
QAZAX RESPUBLİKA MƏTBUATINDA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 aprel 2016-cı il tarixli sərəncamına əsasən Bakı Dövlət Universitetinin Qazax filialı yaradılmışdır.
Ötən bir il ərzində filialda böyük işlər görülmüş, maddi-texniki bazası möhkəmləndirilmiş, elmi potensialı zənginləşdirilmiş, qəbul olunanların sayı əhəmiyyətli dərəcədə artmışdır. Yeni ixtisaslar yaradılmışdır. Eyni zamanda, Qazax şəhərində filial üçün tələbə şəhərciyinin salınması nəzərdə tutulmuşdur. Şəhərcikdə yeni tədris korpuslarının, tələbə yataqxanalarının tikilməsindən ötrü 6 hektar yer ayrılmışdır. Yaxın vaxtlarda tələbə şəhərciyinin tikintisinə başlanacaqdır.
Bu məqsədlə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazax rayonunda olub. Rektor Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və BDU-nun Qazax filialının direktoru, professor Vüsət Əfəndiyevlə birlikdə yeni salınacaq şəhərcik üçün ayrılmış torpaq sahəsinə baxıb.
Məlumat verilib ki, filial üçün həmin ərazidə tədris korpusları, tələbə yataqxanaları inşa ediləcəkdir. Abel Məhərrəmov ayrılmış sahədə korpusların, yataqxanaların, idman meydançasının və əlavə tikililərin necə yerləşdirilməsi ilə maraqlanıb, öz tapşırıq və tövsiyələrini verib.
Sonra Abel Məhərrəmov Qazax filialına gələrək burada yaradılmış tədris şəraiti ilə, yeni laboratoriyalarla yaxından tanış olub.

Vəli VƏLİYEV,
"Respublika” qəzeti
7 dekabr 2017-ci il
"Respublika” qəzeti
7 dekabr 2017-ci il
Facebook-da paylaş