Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazax rayonunda olub
Bu məqsədlə bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazax rayonunda olub. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və BDU-nun Qazax filialının direktoru, professor Vüsət Əfəndiyevlə birlikdə yeni salınacaq şəhərcik üçün ayrılmış torpaq sahəsinə baxıb. Məlumat verilib ki, filial üçün həmin ərazidə tədris korpusları, tələbə yataqxanaları inşa ediləcəkdir. Abel Məhərrəmov ayrılmış sahədə korpusların, yataqxanaların, idman meydançasının və əlavə tikililərin necə yerləşdirilməsi ilə maraqlanıb, öz tapşırıq və tövsiyələrini verib.
Sonra Abel Məhərrəmov Qazax filialına gələrək burada yaradılmış tədris şəraiti ilə, yeni laboratoriyalarla yaxından tanış olub.
Sonda rektor filialdakı maddi-texniki bazadan razı qaldığını bildirib.
Facebook-da paylaş