Gənclərin "Bizim müəllim" adlı layihə çərçivəsində növbəti görüşü baş tutub
İyulun 23-də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Bizim müəllim" adlı layihəsi çərçivəsində növbəti görüşü baş tutub.
Görüşün budəfəki qonağı Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəlalə Musayeva olub.
Ş.Musayeva müəllimlik fəaliyyəti zamanı qazandığı uğur və təcrübələri gənclərlə bölüşüb, eyni zamanda qarşılaşdığı çətinliklər və həll yolları barədə danışıb. Görüşdə həmçinin gənclərin sualları cavablandırılıb.
Maraqlı söhbət əsasında keçən görüşdə gənclər Şəlalə müəlliməyə təcrübələrini onlarla paylaşdığı üçün minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş