"Bizim müəllim" adlı növbəti onlayn görüş keçirilib
Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə
"Bizim müəllim" adlı növbəti onlayn görüş keçirilib. Görüşün
budəfəki qonağı Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin
fransız dili müəllimi Hicran Əyyubova olub. O, müəllimlik fəaliyyəti zamanı qazandığı uğur və
təcrübələri gənclərlə bölüşüb, eyni zamanda qarşılaşdığı çətinliklər və həll
yolları barədə danışıb. Görüşdə həmçinin iştirakçıların sualları
cavablandırılıb. Qeyd edək ki, Hicran Əyyubova dövlət ümumi təhsil
müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı
mərhələsində 46 bal toplayaraq Qazax rayonu üzrə ən yüksək nəticəni göstərib.
GOYEZEN.AZ
Facebook-da paylaş