Əsas Səhifə > Gənclər > "Bizim müəllim" adlı növbəti onlayn görüş keçirilib

"Bizim müəllim" adlı növbəti onlayn görüş keçirilib


12-05-2021, 18:17


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Bizim müəllim" adlı növbəti onlayn görüş keçirilib. 

Görüşün budəfəki qonağı Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin fransız dili müəllimi Hicran Əyyubova olub.

O, müəllimlik fəaliyyəti zamanı qazandığı uğur və təcrübələri gənclərlə bölüşüb, eyni zamanda qarşılaşdığı çətinliklər və həll yolları barədə danışıb. Görüşdə həmçinin iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Hicran Əyyubova dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 46 bal toplayaraq Qazax rayonu üzrə ən yüksək nəticəni göstərib.








GOYEZEN.AZ


Geri qayıt