"Bizim müəllim" adlı layihə çərçivəsində onlayn görüş keçirilib
Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə
"Bizim müəllim" adlı layihə
çərçivəsində onlayn görüş keçirilib. Görüşün qonağı Qazax rayonu Şəmistan Şahvələdov adına
Xanlıqlar kənd tam orta məktəbin ingilis dili müəllimi Pərvin Məmmədzadə olub. Qonağımız: Müəllim
kimdir?, müəllim olmaq nə deməkdir?, gənc müəllim olmağın hansı xüsusiyyətləri
var? - kimi mövzulardan bəhs edib. İştirakçıları maraqlandıran sualları
cavablandırıb. Qeyd edək
ki, Pərvin Məmmədzadə 2020-ci ildə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində
İngilis dili fənni üzrə 52 bal toplayaraq Qazax rayonunda ən yüksək nəticəni
göstərib. GOYEZEN.AZ
Facebook-da paylaş