Əsas Səhifə > Gənclər > "Bizim müəllim" adlı layihə çərçivəsində onlayn görüş keçirilib

"Bizim müəllim" adlı layihə çərçivəsində onlayn görüş keçirilib


7-04-2021, 18:55


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Bizim müəllim" adlı layihə çərçivəsində onlayn görüş keçirilib. 

Görüşün qonağı Qazax rayonu Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin ingilis dili müəllimi Pərvin Məmmədzadə olub.

Qonağımız: Müəllim kimdir?, müəllim olmaq nə deməkdir?, gənc müəllim olmağın hansı xüsusiyyətləri var? - kimi mövzulardan bəhs edib. İştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Pərvin Məmmədzadə 2020-ci ildə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində İngilis dili fənni üzrə 52 bal toplayaraq Qazax rayonunda ən yüksək nəticəni göstərib.



GOYEZEN.AZ


Geri qayıt