Qazaxda “Mən də bacararam!” adlı layihə çərçivəsində təlim keçirilib
Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 13
dekabr 2019-cu il tarixli 2044/02-19 saylı məktubuna əsasən Qazax Gənclər Mərkəzində
"Mən də bacararam!” adlı layihə çərçivəsində təlim keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə
təşkilatçılığı ilə keçirilən təlimdə təlimçilər - Daşkəsən Rayon Zəylik kənd
tam orta məktəbin ingilis dili müəllimi Zamin Məmmədov, Şəmkir Rayon Qaracəmirli
kənd 2 saylı tam orta məktəbin coğrafiya müəllimi İntiqam Rzayev, Məmmədəli Əhmədov
adına Şəmkir şəhər tam orta məktəbin fizika müəllimi Qoşqar Qurbanov tərəfindən
qərar qəbul etmə, təşkilatçılıq bacarıqlarının inkişaf etdirilməsi, vaxtın
planlaşdırılması, kommunikasiya və sosial media, könüllülük, yerli flora və
faunanın öyrənilməsi, fövqəladə hallar zamanı davranış qaydaları, açıq havada fəaliyyətlər,
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması mövzularında söhbətlər aparılıb. Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri
giriş sözü ilə açaraq qonaqları salamlayıb, layihə haqqında ətraflı məlumat verib. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Qazax
rayonu üzrə koordinatoru Akif Əmirov və Daşkəsən Rayon Zəylik kənd tam orta məktəbin
ingilis dili müəllimi Zamin Məmmədov çıxış edəək layihənin və təlimin əhəmiyyətindən
söz açıblar. Tədbirdə ümumilikdə 76 nəfər iştirak edib.
GOYEZEN.AZ
Facebook-da paylaş