Əsas Səhifə > Gənclər > Qazaxda “Mən də bacararam!” adlı layihə çərçivəsində təlim keçirilib

Qazaxda “Mən də bacararam!” adlı layihə çərçivəsində təlim keçirilib


11-01-2020, 15:55


Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 13 dekabr 2019-cu il tarixli 2044/02-19 saylı məktubuna əsasən Qazax Gənclər Mərkəzində "Mən də bacararam!” adlı layihə çərçivəsində təlim keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə təlimçilər - Daşkəsən Rayon Zəylik kənd tam orta məktəbin ingilis dili müəllimi Zamin Məmmədov, Şəmkir Rayon Qaracəmirli kənd 2 saylı tam orta məktəbin coğrafiya müəllimi İntiqam Rzayev, Məmmədəli Əhmədov adına Şəmkir şəhər tam orta məktəbin fizika müəllimi Qoşqar Qurbanov tərəfindən qərar qəbul etmə, təşkilatçılıq bacarıqlarının inkişaf etdirilməsi, vaxtın planlaşdırılması, kommunikasiya və sosial media, könüllülük, yerli flora və faunanın öyrənilməsi, fövqəladə hallar zamanı davranış qaydaları, açıq havada fəaliyyətlər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması mövzularında söhbətlər aparılıb.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, layihə haqqında ətraflı məlumat verib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Qazax rayonu üzrə koordinatoru Akif Əmirov və Daşkəsən Rayon Zəylik kənd tam orta məktəbin ingilis dili müəllimi Zamin Məmmədov çıxış edəək layihənin və təlimin əhəmiyyətindən söz açıblar.

Tədbirdə ümumilikdə 76 nəfər iştirak edib.




GOYEZEN.AZ


Geri qayıt