• Təqvim

  • Unutma

  • Maraq



"ƏdiblərimİZ" layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü gənc şair Rüfət Axundlu ilə görüş keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "ƏdiblərimİZ" layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü gənc şair Rüfət Axundlu ilə görüş keçirilib.

Ədəbiyyat muzeyində keçirilən görüşdə Prezident təqaüdçüsü olan ədib yaradıcılığı haqqında gənclərə məlumat verib.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, qurumun ədəbi məsləhətçisi Mustafa Rasimoğlu gənc şair barədə fikirlərini bildirib, ona yaradıcılıq uğurları arzulayıblar. B.Vüsal dövlətimiz, ölkə Prezidenti tərəfindən ədəbiyyat sahəsinə, gənc yazarlara hər cür diqqət və qayğı göstərildiyini də qeyd edib. Gənclər üçün geniş imkanlar yaradıldığını bildirib.

Görüşdə gənc şairə Nuranə Təbriz, şair Milli Daşqın, qiraətçi Günel Əkbərli və Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Qənirə Musayeva müəllifin şeirlərini səsləndiribllər.

Sonda iştirakçıların ədəbiyyat haqqında sualları cavablandırılıb. 




 

GOYEZEN.AZ



Facebook-da paylaş