• Təqvim

  • Maraq



"ƏdiblərimİZ" layihəsi çərçivəsində növbəti onlayn görüş olub


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "ƏdiblərimİZ" layihəsi davam edir. 

Layihə çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc yazar Taleh Mansurla onlayn görüş keçirilib. Prezident təqaüdçüsü olan ədib öz yaradıcılığı haqqında gənclərə ətraflı məlumat verib. Daha sonra iştirakçıların ədəbiyyat haqqında suallarını cavablandırıb. 

Taleh Mansur həmçinin gənclərə mütaliə ilə bağlı məsləhətlər verib. Görüşdə Mərkəzin "Ədəbiyyat klubu"nun üzvü Qənirə Musayeva şairin "Daşımışam" şeirini səsləndirib.



GOYEZEN.AZ



Facebook-da paylaş