• Təqvim

  • Maraq



Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində gənc yazar Taleh Mansurla görüş keçirilib


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc yazar Taleh Mansurla görüş keçirilib. Prezident təqaüdçüsü olan ədib gənclərlə müasir Azərbaycan ədəbiyyatı barədə söhbətlər aparıb, onların mütaliə etməsi üçün kitablar tövsiyə edib.

Daha sonra T.Mansur yenicə nəşr olunan "Cənnətlik Günah” hekayələr kitabını imzalayaraq oxuculara təqdim edib.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi ilə "Ulduz” jurnalının birgə layihəsi olan "Ulduzlu nəşrlər” seriyasında çap olunan kitabda müəllifin 8 hekayəsi yer alıb.

Tədbirdə Qazax GİKM-in direktoru İsmayıl Süleymanov, şair Bəxtiyar Hidayət, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca və gənc şair Elnur Süleymanov müəllifin yaradıcılığı haqqında fikirlərini bildiriblər.


 

GOYEZEN.AZ



Facebook-da paylaş