Şair Məzahir Yaqub Yazıçılar Birliyinin üzvü seçilib
Şair Məzahir Yaqub kimi tanıdığımız Məzahir Mamoy oğlu Yaqubov 1962-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində dünyaya göz açıb. Özünün dediyi kimi “ağlı kəsəndən şeir yazmağa, ürəyindən keçən poetik duyğuları kağıza köçürməyə başlayıb”. Elə gənc yaşlarından əvvəlcə kənddə-kəsəkdə, sonra isə bir-birindən mənalı şeirləri ilə bütün ölkədə şair kimi tanınmağa başlayıb, öz adını şairlərin sırasına yazdıra bilib.
Kənddə yaşamağına baxmayaraq səsi Bakıda çap olunuan almanaxlardan, qəzet və jurnallardan gəlib. Məzahir Yaqubun şeirləri “Bura Qazaxdır”, “Şairlər vətəni bizim tərəflər”, “Mən aşıq İncədənəm” adlı almanaxların, saysız-hesabsız qəzetlərin səhifələrini bəzəyib, onların poetik qiymətini daha da artırıb. 2013-cü ildə isə şairin şeirləri “Yolçu yolundan bəllidir” adlı şeirlər kitabında dərc olunaraq oxucuların ixtiyarına buraxılıb.
Məzahir Yaquba ömrünün 55-ci ilində daha bir sevinc bəxş olub. O, bu günlərdə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. Şair bu münasibətlə qeyd edib ki, bu gün ölkəmizdə, eləcə də Qazaxda şeirə, sənətə böyük diqqət və qayğı göstərilir. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun bu sahədə əməyini isə xüsusilə qeyd edib. “Bu gün Qazaxda yaradıcı insanlara göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir. Rayonda yaranmış gözəl abu-hava, aparılan saysız-hesabsız quruculuq işləri biz şairləri yazıb-yaratmağa daha da həvəsləndirir. Bütün bunlara görə rayon rəhbərliyinə yaradıcı insanlar adından öz dərin minnətdarlığımı bildirirəm”.
Şair Məzahir Yaqubu bütün oxucular, şeirsevərlər adından səmimi qəlbdən təbrik edir, ona daha böyük yaradıcılıq uğurları arzulayırıq.

GOYEZEN.AZ
Facebook-da paylaş