“İncəgülü” saz-söz şöləninin işığında
Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə “İncəgülü” saz-söz şöləni Qazaxda, Avey dağının ətəyində, Məmməd Koxa bulağında baş tutub.
“İncəgülü” saz-söz şölənini sazın-sözün qiymətini bilənlər, ona dəyər verənlər səbirsizliklə gözləyirlər. Maddi-mənəvi dəyərləri, sazı-sözü tərənnüm edən bu layihə artıq bütün respublikamızda tanınır və sevillir. Nəinki Qazaxda, eləcə də Azərbaycanın müxtəlif şəhər və rayonlarında yaşayan tanınmış, eləcə də gənc aşıqlar, şairlər və müğənnilər öz ifalarını təqdim edir, yeni şeirlərini oxuyurlar.
Sazı, sözü sevənlər bu dəfə Avey dağının ətəyində, Məmməd Koxa bulağında “İncəgülü” saz-söz şöləninin işığına toplaşmışdılar. Dağ, saz, şeir, musiqi öz doğma qoynuna almışdı insanları. Şeir, sənət beşiyinə dönmüşdü bu gözəl, füsunkar məkan.
“İncəgülü” ədəbi-bədii layihənin rəhbəri, Azərbaycan Aşıqlar Birliyinin üzvü, saz-söz aşiqi Çiçək Mahmudqızı baş tutan şöləni açıq elan edərək qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində əvəsiz xidməti olan, layihələr içərisində milli ədəbiyyatımızın və ulu ozan-aşıq sənətimizin təbliğinə və inkişafına xidmət edən “İncəgülü” saz-söz şöləni öz dəst-xətti ilə xüsusilə seçilir.
Ç.Mahmudqızı bildirib ki, sazı, sözü təbliğ edən layihəmiz Qazağın İncə dərəsindən baş alıb respublikamızın müxtəlif guşələrinə, bölgələrinə qədər çatıb, yol açıb. Yerli əhalinin, ədəbi ictimayyətin, televiziya tamaşaçılarının çox böyük rəğbətlə qarşıladığı bu layihənin beşinci sayının sazın-sözün beşiyi olan Qazax mahalında, Avey dağ qoruq ərazisində, Məmməd Koxa bulağında düzənləməyimiz heç də təsadüfi deyil. Çünki Qazax aşıq sənətində öz adını tarixə qızıl hərflərlə yazdıran dədə Ədalətin məskənidir və bu torpaq hər zaman qədim aşıq sənəti ilə seçilib. Bu gün bu şöləni burada düzənləməyimizin məqsədi gözəlləşən Qazağımızın tarixi abidələrini və məskənlərini, milli-mənəvi dəyərlərini, quruculuq işlərini çəkib geniş kütlə qarşısında bir daha nümayiş etdirməkdir. “Bura Qazaxdır...” adı altında aşıqlarımızın ifası ilə törənimizə giriş verəcəyik. Əvvəlki illərdə olduğu kimi şölənimizə məmləkətin hər yerindən, müxtəlif şəhər və rayonlardan aşıqlar, müğənnilər, şairlər qonaq gəliblər.
Söz musiqiyə verilib. İlk olaraq səhnəyə ağsaqqal aşıqlardan Hüseyn Dərgahquliyev çıxıb. Sonra aşıqların ifası bir-birini əvəz edib. Avdı Musayev, Ramin Qarayev, Şaiq İncəli, Haqverdi Kərəmoğlu, Əfsanə Kərimli, Samir Cəlaloğlu, Rasim Qarayev, Təranə Gədəbəyli çıxış edərək qədim və yeni aşıq havalarını ifa edib, mahnılar oxuyublar.
Tədbirə qatılmış müğənnilərin çıxışları da alqışlarla qarşılanıb. Tanınmış və gənc ifaçılardan Eldar Ələkbərov, Gülnar İsayeva, Natiq Cəfərov və başqaları bir-birindən gözəl və şux nəğmələr ifa ediblər.
Şairlərin çıxışları isə şölənə daha bir gözəllik qatıb. Söz ustalarından İbrahim İlyaslı, Xəqani Qayıblı, Ehtiram İlham, Məzahir Yaqub, Mübariz Qaragözlü, Elməddin Nicat yazdıqları şeirləri oxuyub, sözə yeni bir qanad veriblər.
“İncəgülü” saz-söz şöləni layihəsinin rəhbəri və aparıcısı Çiçək Mahmudqızı şölənə dəstək olduğuna və onun keçirilməsinə yüksək şərait yaratdığına görə Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova respublikamızın müxtəlif yerlərindən bugünkü şölənə gəlmiş aşıqlar, şairlər, müğənnilər, ümumiyyətlə bütün saz-söz sevərlər adından öz dərin minnətdarlığını bildirib.
Şölən musiqi sədaları altında başa çatıb.

Elçin İSMAYIL
Facebook-da paylaş