Qazaxlı gənclərin "ƏdiblərimİZ" layihəsi çərçivəsində növbəti onlayn görüşü olub
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "ƏdiblərimİZ" layihəsi
davam edir. Layihə çərçivəsində növbəti
onlayn görüşün qonağı Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının ədəbi
məsləhətçisi, şair Mustafa Rasimoğlu olub. M.Rasimoğlu
görüşdə ədəbiyyata gəlişi və yaradıcılığı barədə gənclərə ətraflı məlumat
verib. Müxtəlif mövzularda qələmə aldığı şeirlərini səsləndirib. Eyni zamanda
Birinci Qarabağ müharibəsinin qazisi, mayoru olaraq keçdiyi döyüş yolundan, 44
günlük Zəfər yürüşü fenomeninin müxtəlif aspektlərindən söhbət açıb. Ədib
bu kimi görüşlərin gənclərin bədii zövqünün formalaşmasında böyük önəm
daşıdığını vurğulayıb. Mustafa Rasimoğlu gənclərə mütaliə ilə bağlı tövsiyələr
verib, həmçinin onların suallarını cavablandırıb. Gənclərdən Qənirə Musayeva
və Jalə Mirzəyeva şairin şeirlərini səsləndiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş