Əsas Səhifə > Gənclər > Qazaxlı gənclərin "ƏdiblərimİZ" layihəsi çərçivəsində növbəti onlayn görüşü olub

Qazaxlı gənclərin "ƏdiblərimİZ" layihəsi çərçivəsində növbəti onlayn görüşü olub


21-05-2021, 18:54


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "ƏdiblərimİZ" layihəsi davam edir. 

Layihə çərçivəsində növbəti onlayn görüşün qonağı Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının ədəbi məsləhətçisi, şair Mustafa Rasimoğlu olub. M.Rasimoğlu görüşdə ədəbiyyata gəlişi və yaradıcılığı barədə gənclərə ətraflı məlumat verib. Müxtəlif mövzularda qələmə aldığı şeirlərini səsləndirib. Eyni zamanda Birinci Qarabağ müharibəsinin qazisi, mayoru olaraq keçdiyi döyüş yolundan, 44 günlük Zəfər yürüşü fenomeninin müxtəlif aspektlərindən söhbət açıb.

Ədib bu kimi görüşlərin gənclərin bədii zövqünün formalaşmasında böyük önəm daşıdığını vurğulayıb. Mustafa Rasimoğlu gənclərə mütaliə ilə bağlı tövsiyələr verib, həmçinin onların suallarını cavablandırıb.

Gənclərdən Qənirə Musayeva və Jalə Mirzəyeva şairin şeirlərini səsləndiriblər. 



 

GOYEZEN.AZ


Geri qayıt