"İçindəki səni kəşf et" təlimlər silsiləsi davam edir
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Bakı Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "İçindəki səni kəşf et" təlimlər silsiləsi davam edir.
"Özünəinamı necə yaratmalı?" mövzusunda növbəti onlayn təlim "Nirvana Education and Training Center"in təsisçisi və direktoru, Beynəlxalq dərəcəli təlimçi Nərmin Davidovanın təqdimatında reallaşıb.
Təlimdə gənclərə mövzuya uyğun olaraq peşəkar məsləhətlər verilib, həmçinin onların sualları cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş