Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının fəaliyyəti onlayn şəkildə davam edir
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən,
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, UNICEF Azərbaycanın
texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının
təşkilatçılığı ilə həyata keçirilən "5 rayonda Gənclərin Yerli Məşvərət
Şuralarının yaradılması" layihəsionlayn formatda fəaliyyətini davam etdirir. Layihənin davamlılığını təmin etmək məqsədilə,
üzvlərin hər birinin şəxsi və peşəkar inkişafı üçün Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət
Şurasından olan 20 iştirakçı üçün mütəmadi olaraq təlimlər, vebinarlar,
şuradaxili görüşlər keçirilir. 18 aprel 2020-ci il tarixdən etibarən Məşvərət Şurası
üzvləri üçün 6 müxtəlif mövzuda təlimlər keçirilib. Təlimlər İlkin Əliyevin təqdimatında "Effektiv
nəticənin əldə olunmasında peşəkar sorğunun rolu", təlimçi Rüfət
Mirfeyzullazadənin təqdimatında "Məşvərət Şurası üzvlərinin texniki
bacarıqlarının inkişafı", "Hajizadə Group" şirkətinin
təsisçisi və rəhbəri Əli Hacızadənin təqdimatında "Sosial Media və
şəbəkələrin gücü ilə hədəf auditoriyamıza necə çata bilərik?", həkim
psixiatr, biznes-konsultant Həlimə Qəmərlinskayanın təqdimatında "Stresli
vəziyyətlərin idarə olunması", Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidovanın təqdimatında "Emosional
Zəka", Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının
baş katibi Azər Əliyevin təqdimatında "Layihələrin yazılması və idarə
edilməsi" mövzularında təşkil olunub. Bundan əlavə,
Məşvərət Şurası üzvləri UNICEF Azərbaycanın və NAYORA-nın təşkilatçılığı ilə
həyata keçirilən vebinarlarda da iştirak edirlər. İştirakçılar
üçün təmsil etdiyi Məşvərət Şurasına uyğun olaraq pasportlar, Facebook
çərçivələri, o cümlədən bütün üzvlərin şəkillərindən ibarət tanıtım kollajı
hazırlanıb. Qeyd edək ki, irəliləyən zamanlarda Məşvərət Şurası
üzvləri üçün daxili görüşlər, təlimlər və vebinarların davam etdirilməsi
planlaşdırılır. GOYEZEN.AZ
Facebook-da paylaş