Gənclərin yerli məşvərət şuralarının üzvlüyünə seçimə Qazaxdan start verilib
Avropa İttifaqının maliyyə dəstəyi,
UNİSEF-in, Gənclər və İdman Nazirliyinin texniki dəstəyi və Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Bakının
Xəzər, eləcə də Biləsuvar, Qazax, Şəmkir və Tovuz Rayon İcra hakimiyyətləri
yanında gənclərin yerli məşvərət şuralarının üzvlüyünə seçimi prosesi başlayıb. M.Məcidova
bildirib ki, yanvarın 1-də start verilmiş "5 rayonda gənclərin yerli məşvərət
şuralarının yaradılması” layihəsinə bu il dekabrın 31-də yekun vurulacaq.
Yanvar-fevral aylarında gənclərin məşvərət şuralarına üzvlərin seçimi
aparılacaq, növbəti iki ayda təlimlər keçiriləcək, may-iyunda isə sorğunun
hazırlanması və təlimlərin ikinci mərhələsi təşkil olunacaq. Bundan sonra
iyul-oktyabr aylarında layihənin icrası təmin ediləcək. Görülmüş işlərlə bağlı
hesabat konfransının noyabr-dekabr aylarında təşkil edilməsi planlaşdırılır. Layihədə
həmin beş rayonda müxtəlif təbəqələrdən olan yeniyetmə və gənclərin -
şagirdlərin, tələbələrin, gənc müəllimlərin, həkimlərin, məktəb və kolleclərdə
çalışan şəxslərin, həmkarlar ittifaqlarının və gənclər təşkilatlarının
nümayəndələrinin, işsiz və əlilliyi olan gənclərin, məcburi köçkün ailələrinin
övladlarının və s. müraciət etməsi nəzərdə tutulur. Müraciət edəcək gənclər
arasından hər rayon üzrə 20 üzv seçiləcək. ARGTMŞ-nin layihələr
üzrə katibi Azər Əliyev və Qazax rayonu üzrə koordinator Akif Əmirov görüşdə gəncləri maraqlandıran sualları
cavablandırıblar. Məlumat
üçün qeyd edək ki, yanvarın 21-22-də Şəmkir, 23-24-də Tovuz, 27-28-də
Biləsuvar, 29-30-da isə Xəzər rayonlarında məlumatlandırma sessiyaları təşkil
ediləcək.
GOYEZEN.AZ
Proqram çərçivəsində layihə ilə əlaqədar ilk seçimlərə Qazax rayonundan start verilib. 13-14 yanvar
tarixlərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli
Şurasının sədri Məryəm Məcidova, ARGTMŞ-nin layihələr üzrə katibi Azər Əliyev və Qazax rayonu üzrə
koordinator Akif Əmirov A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə,
Bakı Dövlət Universitetinin Qazax fililialında, Qazax Dövlət Sosial-İqtisadi
Kollecində və şəhər məktəblərində təhsil alan tələbələr və yuxarı sinif şagirdləri
ilə görüşüblər.
ARGTMŞ-nin sədri Məryəm Məcidova görüşlərdə çıxış edərək layihənin məqsədi barədə
ətraflı məlumat verib. O, qeyd edib ki, əsas məqsəd adları qeyd olunan həmin
rayonlarda seçilmiş şuralar vasitəsilə qərarların qəbulunda yeniyetmə və
gənclərin fikirlərinin nəzərə alınması, gənclər arasında maraq doğuran və ya
onları narahat edən məsələlərin müəyyənləşdirilməsi və həlli üçün birgə
layihələrin hazırlanması və həyata keçirilməsidir. Layihə çərçivəsində
gənclərin liderlik, ünsiyyət, proqram idarəçiliyi, araşdırma bacarıqlarının
inkişaf etdirilməsi, yerli idarəetmə orqanları ilə şuralar arasında müntəzəm
dialoqun qurulması, birgə layihələrin işlənib həyata keçirilməsi
planlaşdırılır. Həmçinin yerli məşvərət şurasının üzvlərinin regionun ictimai
həyatında fəal iştirakı, gənclər arasında şəbəkələşmənin inkişafı və digər
istiqamətlərdə də addımların atılması nəzərdə tutulub.
A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəb
Bakı Dövlət Universitetinin Qazax fililialı
Qazax Dövlət Sosial-İqtisadi Kolleci
Şəhər məktəbləri ilə olan görüşdən
Facebook-da paylaş