Əsas Səhifə > Gənclər > Gənclərin yerli məşvərət şuralarının üzvlüyünə seçimə Qazaxdan start verilib
Gənclərin yerli məşvərət şuralarının üzvlüyünə seçimə Qazaxdan start verilib15-01-2020, 10:49 |
Avropa İttifaqının maliyyə dəstəyi, UNİSEF-in, Gənclər və İdman Nazirliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Bakının Xəzər, eləcə də Biləsuvar, Qazax, Şəmkir və Tovuz Rayon İcra hakimiyyətləri yanında gənclərin yerli məşvərət şuralarının üzvlüyünə seçimi prosesi başlayıb. Proqram çərçivəsində layihə ilə əlaqədar ilk seçimlərə Qazax rayonundan start verilib. 13-14 yanvar tarixlərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, ARGTMŞ-nin layihələr üzrə katibi Azər Əliyev və Qazax rayonu üzrə koordinator Akif Əmirov A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə, Bakı Dövlət Universitetinin Qazax fililialında, Qazax Dövlət Sosial-İqtisadi Kollecində və şəhər məktəblərində təhsil alan tələbələr və yuxarı sinif şagirdləri ilə görüşüblər.ARGTMŞ-nin sədri Məryəm Məcidova görüşlərdə çıxış edərək layihənin məqsədi barədə ətraflı məlumat verib. O, qeyd edib ki, əsas məqsəd adları qeyd olunan həmin rayonlarda seçilmiş şuralar vasitəsilə qərarların qəbulunda yeniyetmə və gənclərin fikirlərinin nəzərə alınması, gənclər arasında maraq doğuran və ya onları narahat edən məsələlərin müəyyənləşdirilməsi və həlli üçün birgə layihələrin hazırlanması və həyata keçirilməsidir. Layihə çərçivəsində gənclərin liderlik, ünsiyyət, proqram idarəçiliyi, araşdırma bacarıqlarının inkişaf etdirilməsi, yerli idarəetmə orqanları ilə şuralar arasında müntəzəm dialoqun qurulması, birgə layihələrin işlənib həyata keçirilməsi planlaşdırılır. Həmçinin yerli məşvərət şurasının üzvlərinin regionun ictimai həyatında fəal iştirakı, gənclər arasında şəbəkələşmənin inkişafı və digər istiqamətlərdə də addımların atılması nəzərdə tutulub.M.Məcidova bildirib ki, yanvarın 1-də start verilmiş "5 rayonda gənclərin yerli məşvərət şuralarının yaradılması” layihəsinə bu il dekabrın 31-də yekun vurulacaq. Yanvar-fevral aylarında gənclərin məşvərət şuralarına üzvlərin seçimi aparılacaq, növbəti iki ayda təlimlər keçiriləcək, may-iyunda isə sorğunun hazırlanması və təlimlərin ikinci mərhələsi təşkil olunacaq. Bundan sonra iyul-oktyabr aylarında layihənin icrası təmin ediləcək. Görülmüş işlərlə bağlı hesabat konfransının noyabr-dekabr aylarında təşkil edilməsi planlaşdırılır.
Layihədə həmin beş rayonda müxtəlif təbəqələrdən olan yeniyetmə və gənclərin - şagirdlərin, tələbələrin, gənc müəllimlərin, həkimlərin, məktəb və kolleclərdə çalışan şəxslərin, həmkarlar ittifaqlarının və gənclər təşkilatlarının nümayəndələrinin, işsiz və əlilliyi olan gənclərin, məcburi köçkün ailələrinin övladlarının və s. müraciət etməsi nəzərdə tutulur. Müraciət edəcək gənclər arasından hər rayon üzrə 20 üzv seçiləcək. ARGTMŞ-nin layihələr üzrə katibi Azər Əliyev və Qazax rayonu üzrə koordinator Akif Əmirov görüşdə gəncləri maraqlandıran sualları cavablandırıblar. Məlumat üçün qeyd edək ki, yanvarın 21-22-də Şəmkir, 23-24-də Tovuz, 27-28-də Biləsuvar, 29-30-da isə Xəzər rayonlarında məlumatlandırma sessiyaları təşkil ediləcək. A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəb
Bakı Dövlət Universitetinin Qazax fililialı
Qazax Dövlət Sosial-İqtisadi KolleciŞəhər məktəbləri ilə olan görüşdən
GOYEZEN.AZ Geri qayıt |