"Karyeram" layihəsi çərçivəsində növbəti onlayn təlim keçirilib
Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Bakı Dövlət
Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatının birgə
təşkilatçılığı ilə "Karyeram" layihəsi davam edir. Layihə
çərçivəsində növbəti onlayn təlim "Zamanın idarə olunması və
planlama" mövzusunda keçirilib. 25 gəncin iştirak
etdiyi təlim: - Zaman barədə doğru bildiyimiz yalnışlıqlar; - Effektiv planlama; - Zamanın idarəolunması qaydaları kimi mövzuları əhatə edib. Təlim
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin İctimaiyyətlə əlaqələr
şöbəsinin rəhbəri, İctimai.az saytının baş redaktoru Rəşad Bayramovun
təqdimatında reallaşıb.
GOYEZEN.AZ
Facebook-da paylaş