Əsas Səhifə > Gənclər > "Karyeram" layihəsi çərçivəsində növbəti onlayn təlim keçirilib

"Karyeram" layihəsi çərçivəsində növbəti onlayn təlim keçirilib


10-04-2021, 16:43


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Bakı Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Karyeram" layihəsi davam edir. 

Layihə çərçivəsində növbəti onlayn təlim "Zamanın idarə olunması və planlama" mövzusunda keçirilib.

25 gəncin iştirak etdiyi təlim: 

- Zaman barədə doğru bildiyimiz yalnışlıqlar;

- Effektiv planlama;

- Zamanın idarəolunması qaydaları kimi mövzuları əhatə edib.

Təlim "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, İctimai.az saytının baş redaktoru Rəşad Bayramovun təqdimatında reallaşıb.




GOYEZEN.AZ


Geri qayıt