• Təqvim

  • Unutma

  • Maraq



"Uğur Akademiyası" layihəsi çərçivəsində beşinci təlim keçirilib


Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Uğur Akademiyası" layihəsi çərçivəsində növbəti beşinci təlim keçirilib.

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində "İş elanlarına yanaşma və CV-lərin hazırlanması" mövzusunda reallaşan təlim beynəlxalq sertifikatlı təlimçi Rafət Şirəliyev tərəfindən aparılıb.

Qeyd edək ki, sabah layihə çərçivəsində sonuncu təlim keçiriləcək.

 

GOYEZEN.AZ



Facebook-da paylaş