"GələcəyimİZ" inkişaf proqramı çərçivəsində üçüncü onlayn təlim keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "GələcəyimİZ" inkişaf proqramı davam edir.
Bu gün proqram çərçivəsində üçüncü onlayn təlim - "Düzgün təşkilatçılıq" təlimi keçirilib.
Peşəkar təlimçi Sona Tanrıverdiyevanın təqdimatında reallaşan təlim aşağıdakı mövzuları əhatə edib:
- Təşkilatçılıq nədir?
- Təşkilatçılıq zamanı nələr etmək lazımdır?
- Təşkilatçılıqda neqativ hallar;
- Layihə təşkilatçılığı.
"GələcəyimİZ" inkişaf proqramı çərçivəsində mart ayında daha 1 təlim keçiriləcək. Proqramı uğurla başa vuran gənclər sertifikatla təltif olunacaq.
GOYEZEN.AZ
Facebook-da paylaş