Əsas Səhifə > Gənclər > "GələcəyimİZ" inkişaf proqramı çərçivəsində üçüncü onlayn təlim keçirilib

"GələcəyimİZ" inkişaf proqramı çərçivəsində üçüncü onlayn təlim keçirilib


19-03-2021, 18:11


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "GələcəyimİZ" inkişaf proqramı davam edir. 

Bu gün proqram çərçivəsində üçüncü onlayn təlim - "Düzgün təşkilatçılıq" təlimi keçirilib.

Peşəkar təlimçi Sona Tanrıverdiyevanın təqdimatında reallaşan təlim aşağıdakı mövzuları əhatə edib: 

- Təşkilatçılıq nədir? 

- Təşkilatçılıq zamanı nələr etmək lazımdır?

- Təşkilatçılıqda neqativ hallar;

- Layihə təşkilatçılığı.

"GələcəyimİZ" inkişaf proqramı çərçivəsində mart ayında daha 1 təlim keçiriləcək. Proqramı uğurla başa vuran gənclər sertifikatla təltif olunacaq.

GOYEZEN.AZ


Geri qayıt