"GələcəyimİZ" inkişaf proqramına start verib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax
nümayəndəliyi "GələcəyimİZ" inkişaf proqramına start verib. Proqram
çərçivəsində keçirilən ilk onlayn təlimin mövzusu "Layihələrin idarə
edilməsi" olub. Peşəkar təlimçi Sona Tanrıverdiyevanın təqdimatında reallaşan
təlim aşağıdakı hissələrdən ibarət olub: - Layihə nədir? - Layihəni xarakterizə edən əsas
xüsusiyyətlər hansılardır? - Layihənin mərhələləri; - GZİT nədir? - Layihə idarəetməsinin 9 əsas
elementi; - Layihə idarə edilməsində işgüzar
ünsiyyətin mərhələləri və s. Qeyd edək ki, "GələcəyimİZ" inkişaf
proqramı çərçivəsində mart ayında daha 3 təlim keçiriləcək. Proqramı uğurla
başa vuran gənclər sertifikatla təltif olunacaq.
GOYEZEN.AZ
Facebook-da paylaş