• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihə çərçivəsində təşkil olunmuş 3 günlük təlim başa çatıb

Bu gün Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə "Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihə çərçivəsində təşkil olunmuş növbəti təlim uğurla başa çatıb.

Qazax Gənclər Mərkəzində iyulun 8-dən  start götürən 3 günlük təlimin keçirilməsində əsas məqsəd region gənclərinin sosial inkişafına və maariflənməsinə, dövlət qulluğuna maraq və stimullarının yaranmasına xidmət etmək olub.

Təlimin keçirildiyi müddətdə gənclər GİKM-nin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanovun, ADTGT sədri Asif Əsgərlinin, layihə eksperti Gülnarə Bağırovanın və təlimçi Dadaş Əhmədlinin dövlət qulluğuna hazırlıqla bağlı maraqlı söhbətlərini, bu istiqamətdə verdikləri təklif və tövsiyələrini dinləyiblər. Həmçinin, təlimlər zamanı gənclərin bu sahəyə maraq göstərmələrinin müsbət tərəfləri açıqlanıb. Region gənclərinə dövlət qulluğu proqramına uyğun geniş və əhatəli bilik və informasiyalar çatdırılıb.

Qeyd edək ki, təlimin sonunda keçirilmiş post-test imtahanının nəticələrinə uyğun olaraq seçiləcək 5 nəfər gənc avqust ayında Bakıda təşkil olunacaq TOT təlimində iştirak edəcək.




GOYEZEN.AZ



Facebook-da paylaş