"Layihə təklifinin və büdcənin hazırlanması" mövzusunda təşkil olunan 2 günlük təlim başa çatıb
Xəbər verdiyimiz
kimi, mayın 15-dən Qazax Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər
Fondunun XII qrant müsabiqəsinə hazırlıq məqsədilə "Layihə təklifinin və
büdcənin hazırlanması" mövzusunda start götürən 2 günlük təlim başa çatıb. Təlim
çərçivəsində Fondun elektron sistemində qeydiyyatdan keçmək, layihə təklifinin
və xərclər smetasının hazırlanması üzrə məlumat verilib. Təlimin
ikinci günü gənclərin müstəqil şəkildə hazırladığı layihələr üzərində praktiki
iş aparılıb. GOYEZEN.AZ
Facebook-da paylaş