"Əsas Həyat Bacarıqları" layihəsinin ilk proqramı çərçivəsində altıncı təlim keçirilib
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində "Əsas Həyat Bacarıqları" ("Basic Life Skills") layihəsinin ilk proqramı çərçivəsində altıncı təlim keçirilib.
Təlimin mövzusu "Dinləmə bacarıqları" olub. Bu sessiyada tələbələr həqiqi və natamam dinləmə arasındakı fərqləri öyrəniblər. Həmçinin onlar dinləməyə qarşı olan maneləri müəyyən ediblər. Gənclər son olaraq fəal dinləmənin mərhələləri və xüsusiyyətlərini rol oyununda təqdim edərək təcrübədən keçiriblər.
18-24 yaş kateqoriyasına aid 14 nəfərin iştirak etdiyi təlim Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Elmar Rzalı tərəfindən keçirilib.
Gənclərin şəxsi inkişafına müsbət təsir edəcək bu layihə UNICEF və Qazax GİKM-in təşkilatçılığı ilə reallaşır.
Qeyd edək ki, gənclər layihə ərzində ümumilikdə 16 təlimdə iştirak edə biləcəklər. Layihə 2 ay müddətində davam edəcək və iştirakçılara sonda Sertifikatlar təqdim olunacaq.
GOYEZEN.AZ
Facebook-da paylaş