• Təqvim

  • Maraq



"Əsas Həyat Bacarıqları" layihəsinin ilk proqramı uğurla davam edir


Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində "Əsas Həyat Bacarıqları" ("Basic Life Skills") layihəsinin ilk proqramı uğurla davam edir.

Gənclərin şəxsi inkişafına müsbət təsir edəcək bu layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə tərəfdaşlığı, Qazax GİKM-in təşkilatçılığı ilə reallaşır.

Təlimin ikinci mövzusu "Emosional tənzimləmə” olub. Bu mövzu daxilində iştirakçılar müxtəlif emosiyaların qeyri-verbal ifadəsini təsvir ediblər, həmçinin arzuolunan və arzuolunmaz hissləri fərqləndiriblər. Nə dərəcədə stresli olduqlarını və stresin nəyə bənzədiyini, hansı hisslər yaratdığını ifadə etməyi öyrəniblər. Gənclər sonda çətin emosiyaların öhdəsindən gəlməyin xüsusi üsullarına dair beyin həmləsi həyata keçiriblər.

Qeyd edək ki, 18-24 yaş kateqoriyasına aid 16 nəfərin iştirak etdiyi təlim Qazax GİKM-in əməkdaşı Elmar Rzalı tərəfindən keçirilir. Gənclər layihə ərzində ümumilikdə 16 təlimdə iştirak edə biləcəklər. Layihə 2 ay müddətində davam edəcək və iştirakçılara sonda sertifikatlar təqdim olunacaq.  



GOYEZEN.AZ



Facebook-da paylaş