"Əsas Həyat Bacarıqları" layihəsinin ilk proqramına start verilib
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində "Əsas Həyat
Bacarıqları" ("Basic Life Skills") layihəsinin ilk proqramına
start verilib.
Gənclərin şəxsi inkişafına müsbət təsir edəcək bu layihə Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə tərəfdaşlığı, Qazax
GİKM-in təşkilatçılığı ilə reallaşıb.
Təlimin ilk mövzusu "Stresin idarə olunması” olub. Bu mövzu daxilində
iştirakçılar stresin tərifini verməyə çalışıblar, həmçinin stres yaradan səbəbləri
müzakirə ediblər. Nəfəsalma texnikası, diqqətlilik, bir dəfəyə bir iş görmə
kimi metodlarla stresin azaldılması yollarını öyrəniblər.
18-24 yaş kateqoriyasına aid 16 nəfərin iştirak etdiyi təlim Qazax
GİKM-in əməkdaşı Elmar Rzalı tərəfindən keçirilib. Qeyd edək ki, gənclər layihə
ərzində ümumilikdə 16 təlimdə iştirak edə biləcəklər. Layihə 2 ay müddətində
davam edəcək və iştirakçılara sonda Sertifikatlar təqdim
olunacaq.
GOYEZEN.AZ
Facebook-da paylaş