• Təqvim

  • Maraq



"Əsas Həyat Bacarıqları" layihəsinin beşinci təlimi də uğurla keçib


Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində "Əsas Həyat Bacarıqları" ("Basic Life Skills") layihəsinin ilk proqramı davam edir.

Təlimin beşinci mövzusu "Empatiya" olub. Bu sessiyada iştirakçılar empatiyanın nə olduğunu öyrəniblər. Həmçinin təcrübədə fərdlərin fərqli nəzər nöqtələri barədə bilik əldə ediblər. Gənclərə son olaraq inkişaf etmiş empatiyanın 5 addımı barədə ətraflı məlumat verilib.

18-24 yaş kateqoriyasına aid 20 nəfərin iştirak etdiyi təlim Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Elmar Rzalı tərəfindən keçirilib. Təlimə supervayzer qismində psixologiya üzrə fəlsəfə doktoru Aynur Bunyatova, eləcə də UNICEF-in əməkdaşı Elman Süleymanov qatılıb.

Gənclərin şəxsi inkişafına müsbət təsir edəcək bu layihə UNICEF və Qazax GİKM-in təşkilatçılığı ilə reallaşır.

Qeyd edək ki, gənclər layihə ərzində ümumilikdə 16 təlimdə iştirak edə biləcəklər. Layihə 2 ay müddətində davam edəcək və iştirakçılara sonda Sertifikatlar təqdim olunacaq.  



GOYEZEN.AZ



Facebook-da paylaş