Əsas Səhifə > Gənclər > "GələcəyimİZ" inkişaf proqramına start verib

"GələcəyimİZ" inkişaf proqramına start verib


10-03-2021, 14:35


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi "GələcəyimİZ" inkişaf proqramına start verib. Proqram çərçivəsində keçirilən ilk onlayn təlimin mövzusu "Layihələrin idarə edilməsi" olub.

Peşəkar təlimçi Sona Tanrıverdiyevanın təqdimatında reallaşan təlim aşağıdakı hissələrdən ibarət olub:

- Layihə nədir?

- Layihəni xarakterizə edən əsas xüsusiyyətlər hansılardır?

- Layihənin mərhələləri;

- GZİT nədir?

- Layihə idarəetməsinin 9 əsas elementi;

- Layihə idarə edilməsində işgüzar ünsiyyətin mərhələləri və s.

Qeyd edək ki, "GələcəyimİZ" inkişaf proqramı çərçivəsində mart ayında daha 3 təlim keçiriləcək. Proqramı uğurla başa vuran gənclər sertifikatla təltif olunacaq.



 

GOYEZEN.AZ


Geri qayıt