• Təqvim

  • Unutma

  • Maraq



"GələcəyimİZ" inkişaf proqramı başa çatıb


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "GələcəyimİZ" inkişaf proqramı başa çatıb. 

Bu gün proqram çərçivəsində dördüncü onlayn təlim - "Auditoriya qarşısında çıxış" təlimi keçirilib.

Peşəkar təlimçi Sona Tanrıverdiyevanın təqdimatında reallaşan təlim aşağıdakı mövzuları əhatə edib: 

- Planlama;

- Çıxışın strukturu;

- Bədən dili;

- İnikas;

- Göz kontaktı;

- Dil "mikrobları";

- Səs tonlaması.

"GələcəyimİZ" inkişaf proqramı çərçivəsində mart ayında ümumilikdə 4 təlim keçirilib. Proqramın sonunda iştirakçılara mövzular üzrə testlər təqdim olunub. Uğurlu nəticə göstərən gənclər sertifikatla təltif olunacaq.

GOYEZEN.AZ



Facebook-da paylaş