• Təqvim

  • Maraq



Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birinci kurs tələbələri ilə görüş olub

 

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birinci kurs tələbələri ilə görüş təşkil olunub.

Tədbirdə ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə olan dövlət qayğısından, müstəqil Azərbaycanın gələcəyi olan gənclər üçün yaradılan geniş imkanlardan danışılıb. Bu gün Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün bütün imkanların yaradıldığı diqqətə çatdırılıb. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində 2 fevral 2019-cu il tarixindən Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan "Gənclərin İnkişaf və Karyera Mərkəz”ləri (GİKM) gənclərə olan qayğının əyani sübutu kimi qeyd edilib. Hazırda Qazax, Şəmkir, Biləsuvar və İsmayıllı rayonlarında fəaliyyət göstərən GİKM-lərində gənclərin karyera qurmalarına, istənilən sahədə inkişaf etmələrinə daha geniş şəkildə imkanlar açıldığı bildirilib.

Səmimi söhbət əsasında keçən görüşdə tələbələrə mərkəzin fəaliyyəti, Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlar, gələcək layihələr barədə də ətraflı məlumat verilib. Həmçinin yeni yaradılmış "GencApp" mobil tətbiqi və "Genc.az" saytı barədə təqdimat nümayiş etdirilib.

Tələbələrin könüllülük fəaliyyətinə cəlb olunması üçün təşviqat işləri aparılıb. Tələbə adını qazanmış gənclər arasından bir neçə nəfərin könüllü kimi fəaliyyətə cəlb olunması qərara alınıb.




 

GOYEZEN.AZ


 



Facebook-da paylaş