Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni bina inşa olunur
Son illər ölkəmizdə cənab
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın yüksək diqqət və qayğısı
ilə əhatə olunan sahələrdən biri də məhz təhsil sahəsidir. "Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramları”na yeni məktəb binalarının tikintisinin salınması, məktəblərin
maddi texniki bazasının gücləndirilməsi ilə bağlı bəndlərin ayrılması, Heydər Əliyev Fondu tərəfindən
ölkəmizdə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra olunması
bir daha sübut edir ki, Azərbaycanda təhsilin inkişafı hər zaman prioritet sahə
hesab olunur. Sevindirici
hal isə odur ki, bu sahə ilə
bağlı həyata keçirilən tədbirlər nəinki paytaxt Bakıda, eləcə də respublikamızın
bütün bölgələrində icra edilir. İstər ölkə başçısının, istərsə də Birinci vitse-prezidentin təhsil sahəsinə
olan dövlət qayğısı Qazaxda da öz real əksini tapır. "Azərbaycan
Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına
Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması
da bunun bariz nümunəsidir. Xəbər verdiyimiz kimi, həmin Dövlət Proqramında nəzərdə tutulan məktəblərdən biri də Şahnabat
Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir. Heydər Əliyev Fondu tərəfindən məktəbin
həyətində 220 şagird yerlik yeni bina inşa olunur. İş icraçısı Elnur Verdiyev 2 mərtəbədən ibarət olan yeni məktəb binasında şagirdlərin
yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacağını bildirir. Onun
sözlərinə görə zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəbdə həcmi 25
kubmetr olan içməli su anbarı, həcmi 120 kubmetr olan yanğından mühafizə üçün
su anbarı tikiləcək. Su nasosu stansiyası, qazanxana da inşa ediləcək. Həmçinin
idman zalı, akt zalı, yeməkxana və oyun meydançası da şagirdlərin ixtiyarına
veriləcək. İş icraçısı hazırda yeni inşa olunacaq binanın özül hissəsi ilə
bağlı işlərin aparıldığını bildirir. Məlumat üçün
qeyd edək ki, rayonda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird
yerlik Kosalar kənd tam orta məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı
şəkildə yenidən qurulur. Təhsil Nazirliyi tərəfindən
isə şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta məktəb üçün yeni bina inşa olunur.
GOYEZEN.AZ
Facebook-da paylaş