• Təqvim

  • Maraq



Qazaxda daha bir küçəyə çınqıl döşənib


Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, həyata keçirilən uğurlu layihələr, görülən məqsədyönlü tədbirlər onu söyləməyə əsas verir ki, Azərbaycan gündən-günə inkişaf edir. Son illər Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının qəbul edilməsi, çoxsaylı Dövlət Proqramına əsasən bölgələrimizdə aparılan abadlıq işləri də məhz bu məqsədə xidmət edir. 

Son illər Qazax rayonunda həyata keçirilən abadlıq işləri, xüsusilə də ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması Qazaxın timsalında dediklərimizin bariz nümunəsidir. 

Rayonda yeni asfalt yolların çəkilməsi ilə yanaşı, küçədaxili yollarda da həm nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Hər il bu məqsədlə şəhərin ehtiyac olan küçələrinə qum-çınqıl tökülərək qreyderlə hamarlanır.

Mayın 20-də Qazax şəhəri Nəriman Nərimanov küçəsinə qum-çınqıl daşınıb tökülərək qreyderlə hamarlanıb.



Facebook-da paylaş