• Təqvim

  • Maraq



Nizami küçəsinə yeni asfalt örtüyü vurulub - FOTOLAR


Prezident İlham Əliyevin rəhbərliyi altında "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurla icrası edilməsi sayəsində son illər respublikamızın hər yerində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bunun bariz nümunəsini ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazaxda şəhərin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra şəhərin prospekt və küçələrinin asfaltlanmasından, səkilərə yeni tamet, bardür düzülməsindən, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınmasından aydın şəkildə görmək olur.

Şəhərin Heydər Əliyev prospekti, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski, Aslan Kəmərli küçələri çəkilişdən sonra yeni asfalt örtüyü vurulan küçələrdir. Bundan əlavə, Qazax Mənzil İstismar Sahəsinin balansında olan, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,22,23,24,25,26,27,42,43,44,45,46,47,48,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı, Hüseyn Arif küçəsində yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Şəhərin küçələrində, eləcə də çoxmənzilli yaşayış binalarının həyətində səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür.

Oktyabrın 18-də Qazaxda daha bir küçəyə - şəhərin Nizami küçəsinə yeni asfalt örtüyü vurulub.

Bütün bu işlər sakinlər tərəfindən razılıqla qarşılanır və buna görə ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdarlıq ifadə olunur.



Facebook-da paylaş