• Təqvim

  • Maraq



Yeni asfalt örtüyü vurulan Bakı küçəsində görülmüş işlərdən - FOTOLAR


Son illər Prezident İlham Əliyevin qayğısı sayəsində təkcə paytaxt Bakı deyil, həm də respublikamızın bölgələri inkişaf edir. Bunu gündən-günə inkişaf edərək müasir və abad rayonlardan birinə çevrilən Qazax rayonunun timsalında aydın şəkildə görmək olar. Son dövrlər regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində rayonda geniş miqyas alan quruculuq işləri söyləməyə əsas verir. Bu gün rayonda elə bir sahə olmaz ki, ötən illər ərzində həmin sahələrdə yeniliyin şahidi olmayasan. Xüsusilə də ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması dediklərimizin bariz nümunəsidir. 

Bu gün şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski, Aslan Kəmərli küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, Qazax Mənzil İstismar Sahəsinin balansında olan, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,22,23,24,25,26,27,42,43,44,45,46,47,48,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı, Hüseyn Arif küçəsində yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Rayonda aparılan abadlıq işləri bu il də davam etdirilir. Şəhərin küçələrində, eləcə də çoxmənzilli yaşayış binalarının həyətində səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər həyata keçirilir.  

Hazırda Qazax şəhərində böyük küçələrdən olan Bakı küçəsinə yeni asfalt örtüyü vurulur. Bundan əlavə, sözügedən küçədə abadlıq işləri aparılaraq elektrik, qaz, rabitə xətləri səliqəyə salınır, küçənin səkiləri, ətraf ərazilər alaq otlardan təmizlənir, digəri cari təmir işləri görülür. 

Görülmüş işlər sakinlər tərəfindən də razılıqla qarşılanır. Vətəndaşlar rayonda aparılan abadlıq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.



Facebook-da paylaş