• Təqvim

  • Maraq



Qazaxda aparılan abadlıq işləri bu gün də davam etdirilir - FOTOLAR


Son illər cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində nəinki paytaxt Bakı, eləcə də respublikamızın bölgələri gündən-günə gözəlləşir. Bunu uğurla inkişaf edərək müasir və abad rayonlardan birinə çevrilən Qazax rayonunun timsalında aydın şəkildə görmək olar. Son dövrlər rayonda regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində geniş miqyas alan quruculuq işləri bunun əyani sübutudur. Bu gün sözün əsl mənasında əminliklə söyləyə bilərik ki, Qazax rayonu özünün intibah dövrünü yaşayır. Qısa zaman kəsiyində görülən işlər sayəsində Qazax tərəqqi yolunda uğurla addımlayır. Bu gün rayonda elə bir sahə olmaz ki, ötən illər ərzində həmin sahələrdə yeniliyin şahidi olmayasan. Xüsusilə də ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması dediklərimizin bariz nümunəsidir. 

Bu gün şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski, Aslan Kəmərli küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, Qazax Mənzil İstismar Sahəsinin balansında olan, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,22,23,24,25,26,27,42,43,44,45,46,47,48,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı, Hüseyn Arif küçəsində yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Sevindirici haldır ki, rayonda aparılan abadlıq-quruculuq işləri bu il də uğurla davam etdirilir. Şəhərin küçələrində, eləcə də çoxmənzilli yaşayış binalarının həyətində səliqə-sahman yaradılır. Şəhərin Nəriman Nərimanov yaşayış massivində aparılan abadlıq işləri də onu söyləməyə əsas verir ki, illər bir-birini əvəz edir və Qazax respublikamızın abad rayonları sırasına daxil olur.

Görülmüş işlər sakinlər tərəfindən də razılıqla qarşılanır. Sakinlər rayonda aparılan quruculuq və abadlıq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

GOYEZEN.AZ



Facebook-da paylaş