• Təqvim

  • Maraq



Qazaxda daha bir küçəyə yeni asfalt örtüyü vurulub - FOTOLAR


Son illər ölkəmizdə "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurlu icrası sayəsində paytaxt Bakı ilə yanaşı, respublikamızın bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Qazaxda aparılan abadlıq işləri, xüsusilə də ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması dediklərimizin bariz nümunəsidir. 

Bu gün şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, Qazax Mənzil İstismar Sahəsinin balansında olan, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,22,23,24,25,26,27,42,43,44,45,46,47,48,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı, Hüseyn Arif küçəsində yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Sevindirici haldır ki, rayonda aparılan abadlıq-quruculuq işləri bu il də uğurla davam etdirilir. Şəhərin küçələrində, eləcə də çoxmənzilli yaşayış binalarının həyətində səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. 

Hazırda Qazax şəhəri Aslan Kəmərli küçəsinə yeni asfalt örtüyü vurulur. Görülmüş işlər sakinlər tərəfindən də razılıqla qarşılanır. Sakinlər rayonda aparılan quruculuq və abadlıq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

Qazax şəhəri Aslan Kəmərli küçəsi



GOYEZEN.AZ



Facebook-da paylaş