• Təqvim

  • Unutma

  • Maraq



Alpout kənd sakinlərinin səyyar görüş zamanı dayanacaqla bağlı qaldırdıqları məsələ artıq müsbət həllini tapıb


Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bütün dövlət məmurlarına örnəkdir. Bu, eyni zamanda ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amilinin, vətəndaş məmnunluğunun təşkil etməsi deməkdir. 

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin əyani sübutudur. 


Yanvarın 12-də rayonun Alpout kəndində vətəndaşlarla keçirilən səyyar görüş zamanı kənd sakini Vəliyev Əhəd Əli oğlunun Alpout kənd tam orta məktəbin qarşısında avtobus dayanacağının qoyulması ilə bağlı müraciəti barədə məlumat vermişdik. Bu gün Əhəd Vəliyevin müraciətinin müsbət həllini tapması, sözügedən ərazidə avtobus dayanacağının qoyulması dövlətin vətəndaşlara olan növbəti qayğısıdır. Ən əsası da bütün bunlar bir daha onu deməyə əsas verir ki, səyyar görüşlərin keçirilməsinin arxasında vətəndaş məmnunluğu dayanır və bu, bundan sonra da belə olacaq. 

Kənd sakinləri onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

GOYEZEN.AZ



Facebook-da paylaş