• Təqvim

  • Unutma

  • Maraq



Qazax rayon sakinlərinin nəzərinə!


Son illər respublikamızda əhalinin fasiləsiz enerji ilə təchiz edilməsində avadanlıqların yenilənməsi və yeni enerji istehsalı mənbələrinin istifadəyə verilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. Bütün bunlar dövlətimizin enerji sektorunun inkişafına göstərdiyi daimi diqqət və qayğının nəticəsində mümkün olub.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Rayon Elektrik Şəbəkəsi tərəfindənəhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün payız-qış mövsümünə hazırlıq işləri aparılır, müvafiq tədbirlər görülür.

Qazax şəhərinin, eləcə də rayonun kəndlərinin elektrik enerji istehlakçılarını fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə həmin istehlakçıları qidalandıran 110/35/10/6 kv-luq yarımstansiyalarından çıxan 10/6 kv-luq hava xətlərində profilaktik təmir işləri həyata keçiriləcəkdir.

Məhz bu səbəbdən şəhərdə və rayonun Aslanbəyli, Yuxarı Salahlı, Çaylı, Bala Çaylı, Qazaxbəyli, Kosalar, Canalı, Hüseynbəyli, Quşçu Ayrım, Daş Salahlı, Dəmirçilər, Ürkməzli, Alpout, Abbasbəyli, Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli kəndlərində müvafiq olaraq 6 və 10 kv-luq hava xətlərində təmir işləri aparılacaqdır.

Vətəndaşlardan13,16,17,18,19,20,23,24,25,26,27 avqust tarixlərində günün müxtəlif saatlarında aparılacaq təmir işləri, eləcə də elektrik xətlərinin üzərinə düşən ağacların budanması ilə əlaqədar elektrik enerjisinin verilməsində yaranmış fasilələri nəzərə almaları xahiş olunur.

GOYEZEN.AZ



Facebook-da paylaş