• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda yeni mebel istehsalı müəssisəsi yaradılıb


Hazırda müəssisədə avadanlıqlar quraşdırılır

Azərbaycandakı əlverişli biznes və investisiya mühiti digər sənaye sahələri ilə yanaşı, mebel sənayesinin inkişafı üçün də geniş imkanlar yaradır, yeni mebel istehsalı müəssisələri açılır.

Belə müəssisələrdən biri də Qazax rayonunda "Saloğlu” Fərdi Firmasının mebel istehsalı fabrikidir.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən ildə 30 min dəst mebel istehsalı gücündə olacaq müəssisədə 400 yeni iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 76,1 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Bundan başqa, fabrikə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib.

Mebel istehsalı müəssisəsinin bu ilin birinci rübü ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

www.economy.gov.az



Facebook-da paylaş