İlansancma zamanı ilk tibbi yardım Həkim məsləhəti
İlansancması yay fəslinin ən təhlükəli hadisələrindən hesab olunur. Statistikaya görə, hər il ölkəmizdə təxminən 120-130 ilansancma halı olur. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə hər il 5 milyona qədər insan ilansancmasına məruz qalır.
Təəssüf ki, əksər hallarda zərərçəkəni həkimə çatdırana qədər hansı tədbirləri görmək lazım gəldiyini heç də hamı bilmir.
Bu sözləri GOYEZEN.AZ saytına müsahibəsi zamanı Qazax Müalicə Diaqnostika Mərkəzində cərrahi şöbənin müdiri Arif Əfəndiyev bildirib.
Həkimin sözlərinə görə ilansancmasının əsas simptomları ilansancma yerində güclü ağrı və şişkinlik, onun ətrafında ağrıların və hemoragik ödemin get-gedə artması, seroz və seroz-irinli möhtaviyyatlı qovuqların əmələ gəlməsi, hərəkətin məhdudlaşması, nekrozlar, toksiki hepato-nefropatiya, ürək-qan damar çatışmazlığı ilə müşayət olunur.
A.Əfəndiyev bildirib ki, ilansancma zamanı ilkin yerli əlamətlər – ilanın 2 dişinin yeri, ağrı, şişkinlik və arterial təzyiqin aşağı düşməsidir.
İlansancma zamanı göstərilən ilkin tədbirlər barədə danışan həkim qeyd edib ki, ilan çalan ətrafın immobilizasiyası, rahat şəraitin yaradılması, hərəkətin məhdudlaşdırılması, furasilin məhlulu ilə yaranın işlənməsi, şiş nahiyyəsinə aseptik sarğının və ya hipertonik duz məhlulu ilə steril sarğının qoyulması vacibdir.
Bundan əlavə, xəstə təcili şəkildə stasionara yerləşdirilməli və lazımi müayinə və müalicəyə başlanmalıdır. İlansancmanın klinik yerli əlamətləri təsdiqləndikdən sonra gürzə əleyhinə zərdabdan istifadə olunur, ehtiyac olduqda isə Bakı şəhəri Toksikologiya şöbəsindən mütəxəssis dəvət olunur.
Həkim qeyd edib ki, yaddan çıxarmaq olmaz ki, ilansancma zamanı yaranın ətrafına sıxıcı sarğı qoymaq və ya həmin nahiyəni yandırmaq, kəsiklər aparmaq və buz qoymaq qəti qadağandır. Hətta zəhərlənməyə xas əlamətlər olmasa belə, əgər ilanın dişlərinin izi görünürsə xəstə ən azı 12 saat ərzində müayinə olunmalı və müşahidə altında tutulmalıdır.
A.Əfəndiyev bildirib ki, Qazax rayonunda da gürzə və gürzə kimilər fəsiləsindən olan ilanların sancmasına rast gəlinir. 6 ay ərzində Qazax Müalicə Diaqnostika Mərkəzinə ilansancma ilə bağl 4 nəfər müraciət edib. Onlardan 1 nəfəri Bakı şəhəri Toksikologiya şöbəsinə göndərilmişdir. Qalan 3 nəfər xəstədə isə sağalma qeyd olunmuş, heç bir ağırlaşma olmadan kafi halda evə ambulator müalicəyə yazılmışdır.

Facebook-da paylaş