Günvurma zamanı nə etməli? – Həkim məsləhəti
Yay mövsümündə günəş şüaları insan orqanizmi üçün faydalı olmaqla yanaşı, həm də zərərli ola bilər. Günvurma günəş şüalarının xeyli müddət başın açıq nahiyələrinə təsiri nəticəsində baş verir. Günvurmaya ən çox ürək-damar sistemi xəstəlikləri olanlar, şəkər xəstələri, onkoloji xəstələr, düzgün qidalanmayan insanlar, hamilə qadınlar, artıq çəkili adamlar, siqaret çəkənlər, alkoqollu şəxslər, uşaqlar və yaşlı adamlar məruz qalır.
Bu sözləri Qazax Rayon Poliklinikasının sahə həkimi Dürdanə Hüseynova GOYEZEN.AZ saytına müsahibəsində bildirib. Günvurma, onun fəsadları və ilkin tibbi yardım göstərilməsi ilə əlaqədar məsləhətlər verən həkim sakinlərə bəzi xəbərdarlıqlar edib.
Həkimin sözlərinə görə günvurma halları – insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir. Eyni zamanda, başın birbaşa gün şüalarının təsiri nəticəsində kəskin ağır vəziyyətin yaranmasıdır. Bu zaman beyinin qan damarları genişlənir və beyinə güclü qan axını baş verir.
Günvurmanın əsas əlamətləri haqqında danışan həkim əsasən qızarmış sifət, dəhşətli baş ağrısı və baş gicəllənməsi, ürəkbulanma və qusma hallarının müşahidə olunduğunu qeyd edib.
D.Hüseynova bildirib ki, gün vuran şəxsə yardım göstərilmədikdə xəstə huşunu itirir, təngənəfəs olur, nəbzi sürətlənir, ürək fəaliyyəti pozulur.
Həkimin sözlərinə görə ilk yardım zamanı xəsarət alan şəxsi təmiz havaya, sərin və kölgəli yerə çıxarmaq, başının üstünə soyuq kompress qoymaq, çoxlu sərin su vermək, tənəffüs pozulduğu halda azacıq olaraq naşatır spirti ilə isladıb burnuna yaxınlaşdırmaq lazımdır.
Əgər xəsarət alanın nəbzi yoxdursa, nəfəsi dayanıbsa, zərərçəkmiş özündən gedibsə həkimi gözləmədən dərhal süni nəfəs vermək, örtülü ürək masajı etmək lazımdır.
Məlumat üçün qeyd edək ki, rayonda günvurma ilə bağlı rəsmi müraciət edən olmayıb.

Facebook-da paylaş