Görəcəyimiz işlər hələ qabaqdadır...
"Xalq qəzeti” Qazaxda "dəyirmi masa” keçirib
O qədər səmimi söhbət oldu ki, üç saatın nə vaxt, necə keçdiyini bilmədik. Hətta ayrılanda dedilər ki, çoxdan ürəyimizi boşaltmağa belə məqam axtarırdıq, amma deyəsən, yenə yadımıza düşməyən məsələlər qaldı, hamısını danışa bilmədik...
Onlar müxtəlif peşə sahibləridir. Qaçqın-köçkünü də var, təqaüddə olanı da, müəssisə rəhbəri də var, sıravi müəllimi də. Amma onları bura toplaşmağa vadar edən cəmi bir qüvvə var ki, o da Qazaxdır. Qazaxı çox sevirlər. Onun bu günü-güzəranı ilə fəxr edirlər. Qəzetimizin Gəncədəki müxbir məntəqəsinə yazdıqlarına baxın: "Müxtəlif tədbirlərdə, görüşlərdə, hətta adamların gur toplaşdığı yerlərdə Qazaxın son vaxtlar necə inkişaf etdiyindən danışırıq, onu cəmi bir-iki il ərzində bu səviyyəyə çatdıranlara minnətdarlığımızı bildiririk. Lakin bəzən ürəyimizdən keçənlərin hamısını ifadə edə bilmirik. Rəcəb müəllim imkan vermir. Deyir ki, hələ nə etmişik ki, tərif də eşidək, görəcəyimiz işlər qabaqdadır. Bir də deyir ki, icra hakimiyyətinin başçısı sadəcə icraçıdır. Ölkə rəhbərinin dəstəyi, köməyi, qayğısı olmasa, Qazaxda daşı daş üstünə qoymaq da olmaz. İndi sizdən xahiş edirik ki, vaxt tapıb bizim rayona gələsiniz. Əyləşək, söhbət edək, görülən və görüləcək işlərdən danışaq...”
Doğrusu, bir qrup qazaxlının yazdığı bu məktub bizə çox təsir elədi. Ona görə yox ki, Qazaxın dünəni, bu günü haqqında yazmağa rayona özləri müxbir dəvət edirdilər. Yox, Qazaxda baş verən müsbət dəyişikliklər barədə qəzetimizdə ardıcıl yazılar gedir. Rayon həyatının elə bir sahəsi yoxdur ki, "Xalq qəzeti”ndə işıqlandırılmasın. Bizi təsirləndirən adamların öz doğma yurduna bu qədər məhəbbətli olmasıdır, vətənpərvərliyidir, başlıcası isə görülən işə qiymət verə bilməsi, yaxşı, xeyirxah işi unutmamasıdır. Atalar yaxşı deyib ki, azın qədrini bilməyən, çoxun qədrini heç bilməz.
İndi budur, yenidən Qazaxdayıq. Şəhərin mərkəzindəki Ədəbiyyat Muzeyinin bir otağına yığışmışıq. Kimdir onlar? Oxucularımızla tanış edək: Abbas Göyüşov, rayon suvarma sistemləri idarəsinin rəisi. Mustafa Mahmudov, Daş Salahlı kəndinin ağsaqqalı. Ramiz Tağıyev, Əməkdar bədən tərbiyəsi və idman xadimi. Sabir Vəliyev, Cəfərli kənd ağsaqqalı, Ağsaqqallar şurasının sədri. Nəsrəddin Hacıyev, Əksipara kənd sakini, məcburi köçkün. Mustafa Mirzəyev, Əməkdar müəllim. Murğuz Mustafayev, 2 saylı tam orta məktəbin direktoru.
Yeni ilin əvvəllərinə təsadüf edən bu görüşdə deyilən fikirlər bir növ Qazaxın yola saldığı ilə qısa ekskurs, 2018-ci ildə hədəflərə çatmaq yolunda məsul vəzifələrə baxış idi.
ABBAS GÖYÜŞOV:
– Qazaxın son vaxtlar necə sürətlə inkişaf etməsi göz qabağındadır. O gün əslən Qazaxdan olan, hazırda isə başqa bir ölkədə yaşayan qonağımla birlikdə gecədən xeyli keçmiş təmiz hava almaq, bir qədər gəzmək üçün şəhərə çıxdıq. Hər yer çil-çıraqban idi, yaşıllıq, gül-çiçək, ideal təmizlik qonağıma yamanca təsir etmişdi. Mənim gözüm artıq bu gözəlliyə adət etdiyindən sadəcə gülümsəyirdim və təbii ki, bir qazaxlı kimi qürur hissi keçirirdim.
Mən özüm uzun illər müxtəlif vəzifələrdə çalışmışam. Bu vəzifələrin içərisində yüksəyi də olub, orta səviyyəlisi də. Yəni bütün hallarda daim insanlarla ünsiyyətdə olmuşam. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun Qazaxda işə başlayan elə ilk gündə ağsaqqalları, müxtəlif sahələrin mütəxəssislərini bir yerə toplayıb səmimi söhbət etməsi, onlarla məsləhətləşməsi, problemləri ortaya çıxarması olduqca xoşuma gəldi. O, sanki Qazaxın yol xəritəsini qurdu və bu gün də onun çığırları ilə gedir.
İnkişafı elə rəhbərlik etdiyim sahədə də görürəm. Cəmi il yarım qabaq suvarılan torpaqların sahəsi 14 min hektardan bir qədər çox idi. İndi 17 min hektarı keçib. Rayon rəhbərliyinin yaxından köməyi ilə sovetlər dövründən qalan qapalı şəbəkələrə yenidən həyat verilib. İllər uzunu əl vurulmayan arxlar gildən, çayırdan təmizlənib. Təkcə keçən il 274 kilometr arx və kanal suyun normal axması üçün lazımi vəziyyətə gətirilib.
Ağköynək və Qarapapaq kəndlərində 970 metr uzunluğunda içməli su xətti çəkilib. Daş Salahlı, Aslanbəyli və Kəmərli kəndlərinə də içməli su verilib. Qaymaqlı kəndi də bu sahədə problemlərdən yaxa qurtaracaq. Burada 1 ədəd artezian quyusunun qazıntısı, 2 ədəd 50 tonluq çənin qoyulması və 1344 metr boru vasitəsilə su çəkilişi nəzərdə tutulub. Xram çayı üzərində üçpilləli nasos stansiyasının tikintisi davam edir. Uzunluğu 13,5 kilometr olan boru vasitəsilə su xətti çəkilmişdir. Birinci pillədə 3 ədəd nasos qurulacaq ki, onun da 2-si işləyəcək, 1-i ehtiyatda saxlanacaqdır.
Sahələrdə tutumu 4500 kubmetr olan 1 ədəd su hovuzu tikilmiş, eyni həcmdə başqa bir hovuzun inşası, uzunluğu 17 kilometr olan dəmir boru və yeraltı xətt çəkilişi davam etdirilir. Rayonda 900 hektar sahənin suvarılması üçün damcı və çiləmə üsulu ilə işləyən sistemlərin quraşdırılmasına hazırlıq işləri aparılır. Bundan əlavə, Türkiyədən hər birinin uzunluğu 500 metr, qiyməti 89 min manat olan 10 ədəd suvarma şlanqları alınmışdır.
Görüləsi işlər çoxdur. Ən başlıcası odur ki, hər işə həvəs və məsuliyyətlə yanaşırıq. Neqativ hallar aradan qaldırılıb.
MUSTAFA MAHMUDOV:
– Səksən səkkiz yaşım var. Həyatın hər üzünü görmüşəm. İndi bu yaşda durub boğazdan yuxarı danışsam, adamlar məni qınayar. Amma necə deməyim ki, rayonumuz əvvəlki Qazax deyil. Tez-tez gəzməyə çıxıram, adamların arasında oluram. Camaatda Qazaxa münasibət, məhəbbət tamamilə dəyişib. Vaxtilə buranı tərk edib gedənlər indi geri qayıdır, torpaqla, əkin-biçinlə məşğul olurlar. Çünki hər şərait var. Su çəkilib, yollar qaydaya salınıb, bəzi məmurlar əvvəlki kimi ələ baxmırlar, nizam-intizam var, yaxşı işə dəstək olurlar, səni eşidirlər. Bilirsiniz, bu sadaladıqlarım çox vacib şərtlərdir.
Qazaxda indiyədək ordu ilə xalqı bu qədər yaxınlaşdıran başqa bir tədbir görməmişdim. Biz ağsaqqallar da bu tədbirlərə dəvət olunmuşduq. Mən gördüm ki, bizim necə böyük ordumuz var. Mən duydum ki, xalqla ordunun ürəyi bir vurur. Düzü, fərəhdən uşaq kimi kövrəldim, qeyri-ixtiyari gözlərimdən yaş axdı.
Daş Salahlını görəndə insanın ürəyi dağa dönür. Bu kəndin abadlaşması istiqamətində genişmiqyaslı tikinti, quruculuq, abadlıq işləri aparılıb. Kəndin ərazisindəki 30 kilometr uzunluğunda olan yollara çınqıl döşənmiş, yollar hamarlanmışdır. Kənddə olan köhnə elektrik dayaqları yenisi ilə əvəz olunub və müasir kabellər çəkilib. Kəndin mərkəzindən keçən Fidat Məmmədov küçəsinin 300 metr uzunluğunda olan hissəsinə yeni işıq dirəkləri basdırılıb və ərazi işıqlandırılıb. 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış kompleksdə əsaslı təmir işləri başa çatıb. Abidənin yanında yeni park salınıb. 1,2 kilometr yola asfalt-beton örtüyü döşənib.
Fikirləşirdim ki, Qazaxı bir də abad görmək mənə qismət olmayacaq. Amma Prezidentimizin Qazaxa bu cür diqqəti və qayğısı mənə arzuma çatmağa imkan yaratdı. İndi nəvələrimlə, nəticələrimlə Qazaxın bu gününü belə görüb Prezidentimizə cansağlığı, daha böyük uğurlar diləyirəm.
RAMİZ TAĞIYEV:
– Uzun illərdir Qazaxda idman sahəsində mütəxəssis hazırlığı ilə məşğulam. Artıq 43 ildir ki, idman məktəbində güləşin sirlərini yeniyetmə gənclərə öyrədirəm. Amma hamı da bilir ki, lazımi şərait olmasa, nə edirsənsə et, istədiyinə nail ola bilməyəcəksən. Məktəbin güləş zalı elə gündəydi ki, orada nəinki normal məşq etmək, heç adi hərəkət etmək də mümkün deyildi. Rəcəb müəllim vəziyyətimizi gördüyü günün ertəsi əsaslı təmir işlərinə başlanıldı, lazımi idman avadanlıqları alınıb gətirildi.
İdmana, güləşə həvəsi olanların sayı qat-qat artdı. Maraqlıdır ki, narkomaniya halları da aradan qaldırılıb. İndi gənclər idmana, sağlam həyat tərzinə üstünlük verirlər.
Ümumiyyətlə, rayonda görülən işlərin əksəriyyəti adamların istirahəti, sağlam həyat tərzi üçün geniş imkanlar açıb və bu baxımdan keçən il də istisna deyil. Qazax şəhərində 25 kilometr uzunluğunda küçədaxili yollara, 200 kilometr uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənmiş və bu istiqamətdə işlər davam edir. Şəhərin mərkəzindəki "Fəxri qazaxlılar” parkında yenidənqurma işləri başa çatıb. Bildiyimə görə, parkın 4443 kvadratmetr sahəsinə tamet döşənib, 1656 metr uzunluğunda yeni bardürlər düzülüb. Burada yeni işıqlandırma sistemi qurulub, yeni oturacaqlar qoyulub, qazonlar salınıb, gül kolları əkilib, görkəmli şəxslərin büstləri bərpa edilib. Bunları ona görə sadalayıram ki, rayonda hər bir iş insanları düşünərək görülür.
SABİR VƏLİYEV:
– Sərhəd kəndləri indi tamam bambaşqadır. Bu kəndlərə çəkilən yollar, su kəmərləri, qaz, işıq məsələlərinin birdəfəlik həll olunması, yeni məktəb, uşaq bağçalarının tikintisi, əsaslı şəkildə yenidən qurulması ürəyimizdən xəbər verir.
Rəcəb müəllim bizim kəndə – Cəfərliyə ilk dəfə görüşə gələndə dedi ki, tezliklə sizin yolu da çəkdirəcəyəm. Düzü, bir qədər tərəddüd etdik. Fikrləşdik ki, indiyədək söz verən çox olub, konkret iş görən yox. Amma rayonun yeni rəhbərinin işgüzarlığından xəbərimiz olduğu üçün inandıq ki, bizim də tezliklə rahat yolumuz olacaq. Belə də oldu. Dediyi vaxt, yəni oktyabrın 1-də yolçəkən texnikanın kəndin girəcəyinə toplaşdığını gördük. Artıq 7,5 kilometrlik asfalt yolun 5 kilometri hazırdır. Sevincimizin həddi- hüdudu yoxdur. Rəhbər işçi belə olar. Söz verdi, sözünə də əməl etdi. Keçmiş kənd sovetinin dağılmaqda olan bir binası vardı. Elə yüksək səviyyədə təmir etdirib, yerində uşaq bağçası açdırdı ki, baxmaqla doymaq olmur.
Çox iş görülüb sərhəd kəndlərində. İstinad divarlarının çəkilişi adamları uzun illər davam edən təhlükələrdən, təcavüzkarların atəşlərindən qoruyur. Bakı-Tbilisi yolunu Qazax-Əskipara avtomobil yolu ilə birləşdirən, uzunluğu 6 kilometr olan 7705 nəfər əhalinin yaşadığı Çaylı kəndinin içərisindən keçən avtomobil yolunun tikinti işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Qazax-Uzuntala avtomobil yolundan ayrılan, ümumi uzunluğu 7 kilometr olan, Ermənistanla sərhəddə yerləşən 1213 nəfər əhalinin yaşadığı Böyük Cəfərli strateji əhəmiyyətli avtomobil yolunun tikinti işləri davam etdirilir. Əhalisinin sayı 1711 nəfər olan Hüseynbəyli kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolu asfaltlaşdırılaraq istifadəyə verilmişdir. Kommuna kəndini Qazax- Quşçu Ayrım kəndi ilə birləşdirən yol da hazırdır.
Qazaxda sərhəd kəndləri qayğı ilə əhatə olunub. Ona görə də bu kəndləri nəinki kimsə tərk edib, əksinə, son bir-iki ildə doğma kəndlərə qayıdıb əkin-biçinlə məşğul olanların sayı artıb.
NƏSRƏDDİN HACIYEV:
– Məcburi köçkünlər adından danışmaq böyük məsuliyyət tələb edir və mən bunu yaxşı dərk edirəm. Doğma evindən-eşiyindən məhrum olan, onun çətinliyinin acısını çəkən adam kimi deyirəm ki, Qazaxın rəhbər adamları bu dərdi bizə unutdurmağa başlayıblar. Quşçu Ayrıma su çəkdirdilər. Məzəmdə istinad divarları hördülər. Xanlıqlarda məcburi köçkün qəsəbəsində içməli su problemini həll etdilər.
Rayon rəhbərinin Qazaxbəylidə bizim üçün salınmış qəsəbəyə gəlib problemlərimizlə maraqlanması, bir sıra vacib işləri başa çatdırması bizə qol-qanad verdi. Kəndlərə gedir, imkansız adamlarla maraqlanır, onları mütləq dinləyir, lazımi kömək göstərir. Hansısa kəndə, qəsəbəyə görüşə gedir və görür ki, orada toy var, yaxud yas yeri düşüb. Mütləq orada iştirak edir, sevinci olanların sevincinə, kədəri olanların kədərinə qoşulur.
Xeyirxah işlər çoxdur və yola salınan ildə də bu işlər davam etdirilib. Məsələn, Qazaxbəyli kəndində Milli Qəhrəman Alı Mustafayevin adına bulaq kompleksində yenidənqurma işləri aparılmış və bulaq istifadəyə verilmişdir. Qazax şəhəri ərazisində şəhidlərin xatirəsinə 4 yeni bulaq kompleksi tikilib istifadəyə verilmiş, 3 bulaq yenidən qurularaq müasir görkəmə salınmışdır. Çaylı kəndindəki Şəhidlər xiyabanında da əsaslı təmir işlərinə başlanılmışdır.
MURĞUZ MUSTAFAYEV:
– Son vaxtlar təhsilin inkişafına xüsusi önəm verilir. Biz məktəb direktorları bunu daha qabarıq hiss edirik və buna görə də məsuliyyətimiz qat-qat artıb. Rayon icra hakimiyyətinin başçısı bir neçə dəfə bizim məktəbdə olub və hər dəfə də bu gəlişin səmərəsini görmüşük. Ciddi su problemimiz vardı, həll edə bilmirdik.Vəziyyəti danışanda soruşdu ki, yaxınlıqdan su xətti keçmir? Dedik ki, yolun əks tərəfində var. Həmin an göstəriş verdi və bizim üçün uzun müddətdən bəri həll olunmayan bir problem qısa vaxtda həll olundu.
Bilirsiniz, Qazax mənfur qonşularımızla 168 kilometr sərhəddə yerləşir. Lakin bu rayon son vaxtlar çox inkişaf edib. Yəni daim atəş altında olan rayonda elə bir sahə yoxdur ki, unudulsun, həmin sahəyə diqqət yetirilməsin.
MUSTAFA MİRZƏYEV:
– Rayonun orta ümumtəhsil məktəblərində vəziyyət əvvəlki illərdən kəskin şəkildə fərqlənir. İstər maddi-texniki bazanın möhkəmləndirilməsi, istərsə də dərsin keyfiyyəti, nizam-intizamın yüksəldilməsi baxımından. Əvvəla, məktəblərin fəaliyyətinə həm nəzarət var, həm də qayğı. Rəcəb Babaşov özü vaxtaşırı bu məktəblərə gedir, dərslərdə iştirak edir, vəziyyətlə maraqlanır. Digər tərəfdən, icra hakimiyyətinin təşəbbüsü ilə təhsil şöbəsində ayrıca işçi qrupu yaradıb. Mən də bu işçi qrupunun üzvüyəm və tez-tez məktəblərdə oluruq. Nəticələr göz qabağındadır. İstər müəllimlərin, istərsə də şagirdlərin fəallığı əməlli-başlı artıb.
Qazaxda məktəb binalarının, uşaq bağçalarının əsaslı təmir olunması artıq ənənə şəklini alıb. Həm də bu tədris müəssisələrində elə gözəl şərait yaradılır ki, adam fəxr edir. Rayon rəhbəri uşaq bağçalarında, məktəblərdə tez-tez olur, vəziyyətlə maraqlanır. Artıq elə bir nizam-intizam yaratmağa nail olub ki, bu, belə də gedəcək. İndi neqativ hallara qarşı kollektivlərin özləri mübarizə aparmağa başlayıb. Rayon rəhbərliyi sübut etdi ki, hər işi yoluna qoymaq mümkündür. Sadəcə, buna həm həvəs, məsuliyyət olmalı, həm də bu işdə vicdanın səsini dinləməyi bacarmaq lazımdır.

Söhbəti qələmə aldı:
Hamlet Qasımov,
"Xalq qəzeti”nin bölgə müxbiri
29 yanvar 2018-ci il
Hamlet Qasımov,
"Xalq qəzeti”nin bölgə müxbiri
29 yanvar 2018-ci il
Facebook-da paylaş