• Təqvim

  • Maraq



Qazaxda meliorativ tədbirlər davam etdirilir

Respublika mətbuatı Qazax haqqında


Son illərdə dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da rayon iqtisadiyyatının inkişaf etdirilməsi üçün sənaye müəssisələri yaradılmış və aqrar sahədə, o cümlədən əkinçilikdə bol məhsulun əldə olunması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

Bu gün Qazaxda əkinəyararlı torpaqlar tamamilə əkin dövriyyəsinə qaytarılmışdır. Göstərilən düzgün aqrotexniki qulluq nəticəsində əkinçiliyin istənilən sahəsində yüksək məhsuldarlıq əldə olunur. Məlumdur ki, əkinçilkdə bol məhsulun əldə olunması suvarmanın vaxtlı-vaxtında aparılmasından birbaşa asılıdır. Hazırda rayonda yaz-tarla işlərinə ciddi hazırlıq işləri aparılır.

Aparılan meliorativ tədbirlərin hazırki durumu ilə tanış olmaq üçün Qazax Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovla elə işlə başında həmsöhbət olduq. İdarərəisi bildirdi ki, Qazax Suvarma Sistemləri İdarəsi rayonun 18321 ha suvarılan pay torpaq və həyətyanı sahələrinin suvarılmasına xidmət edirBu sahələrin 6513 hektarı mexaniki üsulla, yəni nasos stansiyaları vasitəsilə, 11808 hektarı isəöz axımı ilə açıq arx və kanallar vasitəsilə suvarılır. Bu sahələrin suvarılmasında beş mənbədənAğstafaçay, Coğaz çay, İncə su çaysu anbarları, Kür Xram çaylarından istifadə olunur.

2021-ci ilin yaz vegetasiya suvarmasına hazırlıqla əlaqədar ilin əvvəlindən arx və kanallarda 75 min kubmetr həcmində 30000 p/m lildən və kol-kosdan təmizlənmiş və bu işlər davam etdirilir. Nasos stansiyalarında təmir işləri aparılır.

2020-ci təsərrüfat ilində 55 ədəd hidrotexniki qurğularda, 40 ədəd hidrotexniki postlarda, 11 ədəd nasos stansiyada, 17 km beton kanallarda, 4 ədəd mülki  istehsalat binalarında cari təmir işləri tədbirlər planına uyğun olaraq görülmüşdür.

Eyni zamanda Sol sahil R-2 kanalında əsaslı təmir işləri başa çatdırılmış, torpaq məcralı Dəmirçilər arxının 600 p/m başlanğıc hissəsində əsaslı təmir aparılaraq beton üzlük çəkilmişdir.

Bundan əlavə 2014-2017-ci illərdə (Yeni Abbasbəyli nasos stansiyası istifadəyə verildikdən sonra) sərhədyanı Fərəhli, Abbasbəyli, Alpout və Ürkməzli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirlər planına uyğun olaraq 1000 ha əkinəyararlı torpaq sahələrinə örtülü suvarma şəbəkəsi çəkilərək su təminatı yaxşılaşdırılmışdır.

Tikintisi başa çatmış "Sel daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə qəza vəziyyətinin aradan qaldırılması tədbirləri"nə uyğun olaraq Şıxlı arxının baş qurğusunun  kanalın Xram çayının sel və daşqın sularından mühafizə tədbirləri həyata keçirilmişdir. Belə ki, sugötürən qurğu lildən təmizlənmiş, 2 ədəd səth qapıları quraşdırılmış, 300 p/m uzunluğunda istiqamətləndirici dambanın dağılmış hissəsi bərpa olunmuş, arxın sol dambasının 400 p/uzunluğunda təhlükəli hissələri daştökmə ilə bərkidilmişdir. Eyni zamanda "Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı  İkinci Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədilə su-nasos stansiyalarını yeraltı suvarma şəbəkələrinin bərpası" layihəsi tərkibində 2019-cu ildə rayonun Qaymaqlı kəndinin 500 ha, Birinci Şıxlı kəndinin 400 ha əkin sahələrində yeraltı suvarma şəbəkələri Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin birləşmiş müdiriyyəti tərəfindən bərpa edilərək su təminatı yaxşılaşdırılmışdır. 2020-ci ildə bu tədbirlər çərçivəsində İkinci Şıxlı l-pillə nasos stansiyasında və əhalinin 450 ha pay torpaq və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması üçün yeraltı suvarma sahəsinin bərpa işlərinə başlanmışdır.

Bundan başqa son illərdə havaların quraq keçməsi ilə əlaqədar su qıtlığının aradan qaldırılması məqsədilə alternativ su mənbələri kimi yeraltı sulardan istifadə olunması üçün "Azmelsutəsərrüfat" ASC tərəfindən kəndlərdə rayon rəhbərliyinin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssislərinin birgə iştirakı ilə 2019-cu ildə 11 ədəd subartezian quyuları qazılıb istifadəyə verilmişdir. 2020-ci ildə isə 14 ədəd subertizan quyusu qazılıb, yaxın günlərdə istifadəyə veriləcəkdir. Təbii ki, bu işlərin həyata keçirilməsində Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətininrəhbərliyinin rayon rəhbərliyininköməyi danılmazdır.

Hazırda sərhəd kəndi Məzəmdə sakinlərin su təminatını yaxşılaşdırmaq üçün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə 1500 metr uzunluğunda su xətti çəkilərək 4 ədəd su çəni qurulması üçün qazıntı işləri aparılır ki, bu da sakinlərin su ilə bağlı problemlərini aradan qaldıracaqdır. Çəkilən su xətti mənbəyini Məzəm gölündən götürəcəkdir.

Sonda müsahibim bildirdi ki, torpaqların sağlamlaşdırılması, mühafizəsi, ondan səmərəli istifadə olunması məqsədilə münbitliyinin bərpası artırılması, habelə ekoloji cəhətdən təmiz keyfiyyətli bol məhsul istehsal edilməsi hamımızın müqəddəs təxirəsalınmaz işidir.

Vəli VƏLİYEV,

"Respublika” qəzetinin bölgə müxbiri

14 mart 2021-ci il




Facebook-da paylaş